Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Dəniz Administrasiyasında tvinninq layihəsi çərçivəsində keçirilən təlim başa çatıb

    Layihə “Azərbaycanda dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlanır

    Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasında “Azərbaycanda dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində keçirilən təlim başa çatıb.

    Administrasiyadan “Report”a verilən məlumata görə, bu təlim, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın tələbləri əsasında, Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin bilik və bacarığının yoxlanılması, qiymətləndirilməsi və onlara sertifikat verilməsi” adlı kursuna uyğun olaraq həyata keçirlir.

    Təlim zamanı bilik və bacarığın yoxlanılması, qiymətləndirilməsi və sertifikatların verilməsi üzrə prosedurları haqqında məlumat verilib. 2015-ci il noyabrın 16-dan həyata keçirilən tvinninq layihəsi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulan məsuliyyət prosedurlarının həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirmək məqsədi daşıyır. 

    Kurslarda Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının nümayəndələri, SOCAR-ın Tədris, Təlim və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və onun Təlim mərkəzinin, “AZPİLOT LLC”, “Occupational Training İnstitute” Təlim mərkəzlərinin əməkdaşları iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi