Yuxarı
    Bağlamaq

    ​Azərbaycan dəmir yolları sahəsində Rusiya ilə əlaqələri daha da genişləndirmək niyyətindədir

    Moskvada Azərbaycan və Rusiya dəmiryol rəhbərləri arasında ikitərəfli görüş keçirilib

    Bakı. 21 mart. REPORT.AZ/ Moskvada Azərbaycan və Rusiya dəmiryol rəhbərləri arasında ikitərəfli görüş keçirilib. "Report"un “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələr arasında hərtərəfli əlaqələr, hər iki ölkənin dəmir yolları arasında əməkdaşlığın cari və gələcək inkişaf perspektivləri müzakirə edilib.

    “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin bildirib ki, dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən dəmir yolları arasında da özünü göstərir. O, Azərbaycan dəmir yolunun yeni rəhbərliyinin bu əlaqələrin daha da genişlənməsi istiqamətində fəallıq nümayiş etdirəcəyinə əminliyini bildirib.

    Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan və Rusiya dəmir yolları arasındakı əlaqələr bundan sonra daha da genişlənəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi