Yuxarı

Azərbaycan 1,2 mlrd. dollar həcmində qeyri-neft sektoru malları ixrac edib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 141 ölkə ilə ticarət əməliyyatları aparıb

Bakı. 8 noyabr. REPORT.AZ / Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 141 ölkə ilə ticarət əməliyyatları aparıb.

Dövlət Statistik Komitəsindən "Report"a bildirilib ki, hesabat dövründə mallar 107 ölkəyə ixrac edilib, 128 ölkədən isə idxal edilib. Ticarət əməliyyatları 43 Avropa ölkələri, 31 Amerika ölkələri və 42 Asiya ölkələri ilə həyata keçirilib. 

Cari ilin 9 ayı ərzində xarici ticarət dövriyyəsi 31 mlrd. dollar təşkil edib. İxrac 24,4 mlrd. dollar, idxal isə 6,6 mlrd. dollar həcmində olub. Əmtəə dövriyyəsinin müsbət saldosu 17,8 mlrd. dollar təşkil edib. 

Qeyri-neft sektoru mallarının ixracı 1,2 mlrd. dollar təşkil edib. 

Azərbaycanın ixracının əsasən neft, təbii qaz, neft məhsulları, meyvə, tərəvəz, heyvan və bitki yağları, şəkər, kimya sənayesi məhsulları, plastmas və digər məhsullar təşkil etdiyi bildirilir.

Yanvar-sentyabr aylarında Azərbaycan əsasən qida məhsulları, qaza metallar, maşınlar, elektrik aparatları, nəqliyyat vasitələri və ehtiyat hissələri idxal edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi