Yuxarı

​Avropa Strateji İnvestisiya Fondunun yaradılması barədə razılıq əldə olunub

Avropa liderləri, həmçinin vergidən yayınma ilə mübarizədə səylərin artırılmasına zəruri ehtiyac olduğunu bildiriblər

Bakı. 19 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) cümə axşamı öz yekun sənədində 2015-2017-ci illərdə yeni investisiyalar üçün 315 milyard avronun səfərbər edilməsi məqsədi ilə Avropa Strateji İnvestisiya Fondunun yaradılmasına çağırıb.

"Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, Brüsseldə Aİ-nin sammitində bu məsələnin müzakirəsinin yekunu üzrə yayılan sənəddə qeyd olunur ki, Avropa Komissiyası artıq 2015-ci ilin ortalarında yeni investisiyaların aktivləşdirilə bilməsi üçün iyunda Avropa Parlamenti ilə razılaşdırılması ehtimal olunan təklifləri artıq 2015-ci ilin yanvar ayında təqdim etməlidir.

Avropa liderləri, həmçinin göstəriblər ki, vergidən yayınma və həm qlobal, həm də Aİ səviyyəsində aqressiv vergi planlaşdırılmasına qarşı mübarizədə səylərin artırılmasına zəruri ehtiyac var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi