Yuxarı

Amerikada keçirilən "İlin avtomobili" mükafatının qalibi müəyyənləşdirib

Mükafatlanmanın yekunları Detroyd ştatının beynəlxalq avtosalonunda elan edilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Hər il Şimali Amerikada keçirilən “İlin avtomobili” mükafatının qalibi elektromobil “Chevrolet Bolt” olub.

“Report” Rusiya mətbuatına istinadən bildirir ki, mükafatlanmanın yekunları Detroyd ştatının beynəlxalq avtosalonunda elan edilib.

Əsas nominasiyada amerika elektrokarı “Hyundai Genesis G90” və “Volvo S90” sedanlarını üstələyib. 

Bundan başqa, ən yaxşı model daha iki kateqoriya üzrə müəyyən edilib. “Honda Ridgeline” modeli ən yaxşı pikap, “Chrysler Pacifica” isə ən yaxşı minik avtomobili nominasiyasında qalib olub.

Qalibləri 57 nüfuzlu avtojurnalistdən ibarət olan münsiflər heyəti müəyyənləşdirib. Onlar müsabiqə iştirakçılarını texnologiya, təhlükəsizlik, dizayn, dəyəri və digər parametrləri üzrə qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi