Yuxarı

​Ağ ev: "Neftin qiymətinin düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir göstərir"

Qeyd olunur ki, ölkədə avtomobil satışı əhəmiyyətli dərəcədə artıb.

Bakı. 6 yanvar. REPORT.AZ/ Neftin qiymətinin düşməsi ABŞ iqtisadiyyatına getdikcə daha da müsbət təsir göstərir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu bəyanatla Ağ evin rəsmi nümayəndəsi Coş Ernest çıxış edib.

Qeyd olunur ki, neftin qiymətinin düşməsi ilə əlaqədar olaraq ABŞ-da benzinin qiyməti bir qallona görə 2 dollardan aşağıdır. Eyni zamanda, ölkədə avtomobil satışı göstəricisi əhəmiyyətli dərəcədə artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi