Nəqliyyat naziri Xızıda vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Xızıda vətəndaşları qəbul edəcək Görüşdə ətraf rayonların sakinləri də iştirak edə biləcəklər
İnfrastruktur
15 Dekabr , 2015 12:43
Nəqliyyat naziri Xızıda vətəndaşları qəbul edəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov Xızı şəhərində Abşeron, Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Z.Məmmədov dekabrın 18-də qeyd edilən rayonların sakinləri ilə görüşəcək. 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı dekabrın 17-də saat 09:00-dan 18:00-dək Xızı 3 saylı Yol İstismarı İdarəsi, Siyəzən 4 saylı Yol İstismarı İdarəsi, Abşeron "4 saylı İxtisaslaşdırılmış Müəssisə” MMC-də aparılacaq.

Son xəbərlər

Orphus sistemi