​Ziya Məmmədov Şamaxıda vətəndaşları qəbul edəcək

​Ziya Məmmədov Şamaxıda vətəndaşları qəbul edəcək Nəqliyyat naziri görüşdə vətəndaşların qəbulu və müraciətlərinə baxacaq
İnfrastruktur
13 Mart , 2015 20:44
​Ziya Məmmədov Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı. 13 mart. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov martın 30-da Şamaxı şəhərində Qobustan və Şamaxı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədini daşıyır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı martın 29-da saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

Şamaxı “9 saylı Yol İstismarı İdarəsi” (Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çay hövzəsi, 115-ci km)

Qobustan “8 saylı Yol İstismarı İdarəsi” (Qobustan rayonu, Xilmilli yolu). 

Son xəbərlər

Orphus sistemi