Ziya Bünyadov prospektində tıxac yaranıb

Ziya Bünyadov prospektində tıxac yaranıb Ərazidə qəza baş verib
İnfrastruktur
29 Aprel , 2016 08:29
Ziya Bünyadov prospektində tıxac yaranıb

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində ərazidə avtomobillərin nisbi sıxlığı yaranıb. 

Bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumatda bildirilib. 

Bundan başqa, Bakı-Sumqayıt şosesi (hər iki istiqamətdə), Binəqədi şosesi (20 Yanvar dairəsi istiqamətində), həmçinin Tbilisi prospekti ("20 Yanvar" metro stansiyasına doğru), Həsən Əliyev küçəsi və Ziya Bünyadov prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsində (Olimpiya standionu istiqamətində) maşınlar intensiv hərəkət edir.

Son xəbərlər

Orphus sistemi