Ziya Bünyadov propektində hərəkət məhdudlaşdırılacaq

Ziya Bünyadov propektində hərəkət məhdudlaşdırılacaq Məhdudlaşdırma bu axşam saat 22:00-dan etibarən səhər saatlarınadək davam edəcək
İnfrastruktur
23 May , 2016 18:18
Ziya Bünyadov propektində hərəkət məhdudlaşdırılacaq

Bakı. 23 may. REPORT.AZ/ Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı şəhərinin Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində ("Çermet" körpüsünədək) hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən "Report"a bildirilib ki, bu yolda məhdudlaşdırma hər iki istiqamət üzrə yol tam bağlanmadan tətbiq ediləcək.

"Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi, yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi