​Zığ şosesindəki qəza zamanı yol təsərrüfatına 25 min manat ziyan dəyib

​Zığ şosesindəki qəza zamanı yol təsərrüfatına 25 min manat ziyan dəyib Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib
İnfrastruktur
7 Noyabr , 2015 14:14
​Zığ şosesindəki qəza zamanı yol təsərrüfatına 25 min manat ziyan dəyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Ötən gün səhər saatlarında Zığ-Hava limanı avtomobil yolunda baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib. "Report" xəbər verir ki, bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidməti məlumat yayıb.

Xatırladılıb ki, Zığ-Hava limanı avtomobil yolunun 16-cı kilometrliyində, Bakı aeroportu istiqamətindən şəhər mərkəzinə doğru irəliləyən “Howo” markalı 99-BP-034 dövlət nömrə nişanlı yük maşını yol kənarında olan əyri xətli dəmir tirləri dağıdaraq divara çırpılıb.

Ağır tonnajlı yük maşınını idarə edən sürücü Əbülfət İsmayılovun sözlərinə görə, maşının ön təkəri qəfil partladığından idarəetməni itirib. Nəticədə yüklə dolu olan maşın yol kənarına çıxıb. Baş vermiş qəza zamanı 75 paqonmetr əyri xətli dəmir tirlər və divarın 215 kv. metr üzlüyü, həmçinin konstruksiyası sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 25 min manata yaxın ziyan dəyib.

“Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib.

Son xəbərlər

Orphus sistemi