Yuxarı
    Bağlamaq

    Zığ qəsəbəsinə giriş qısa müddətə bağlanıb- FOTO/VİDEO

    Buna səbəb ərazidə dairənin inşa olunmasıdır

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakının Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunur. 

    Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

    Məlumata görə, bununla əlaqədar Zığ qəsəbəsinə giriş hissə qısa müddətə bağlanıb. Avtonəqliyyat vasitəsi sahibləri Hövsan və Suraxanı yollarından istifadə edərək qəsəbəyə daxil ola bilərlər.

    Yeni dairənin inşası həmin ərazidə avtomobillərin daha rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Dairə Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirəcək. Bunun üçün mövcud yolun bir hissəsi də yenidən qurulur. 

    Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, mövcud kommunikasiya xətləri yoldan kənarlaşdırılır. Daha sonra yeni yol yatağının və yol əsasının inşası işləri aparılacaq. Bu dairənin olacağı ərazidə də hazırda torpaq işləri həyata keçirilir, yol yatağı inşa edilir.

    Zığ-Hava limanı yolundan Zığ-Hövsan və Zığ-Suraxanı yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olması üçün də dairəyə doğru yeni yol salınır. Bununla da, hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi