Zərdab sakinləri Ziya Məmmədova şikayət ediblər

Zərdab sakinləri Ziya Məmmədova şikayət ediblər Onlar qərb bölgəsindən Bakıya hərəkət edən avtobusların avtovağzal ərazisinə daxil olması üçün tədbirlərin görülməsini istəyiblər
İnfrastruktur
22 Yanvar , 2016 12:51
Zərdab sakinləri Ziya Məmmədova şikayət ediblər

Bakı. 22 yanvar. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov yanvarın 22-də Zərdabda qəbul keçirib. Nazirlikdən "Report"a verilən məlumata görə, Z.Məmmədov Hacıqabul, Kürdəmir, Zərdab rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

Müraciətlər əsasən, Hacıqabul şəhərində müasir tipli avtovağzal binasının tikintisi, Zərdab rayonunun 20-yə yaxın kənd sakinlərinin Bakı şəhərinə gediş-gəlişlərinin daha rahat təmin edilməsi və daşınması üçün Ağcabədi-Bakı-Ağcabədi marşrut xəttinin əvvəlki xətt üzrə hərəkətinin bərpası, Zərdab şəhərində mövcud şəhərdaxili sərnişin daşınmasında xidmət səviyyəsinin yüksəldilməsi və qərb bölgəsindən Bakı istiqamətində hərəkət edən avtobusların avtovağzal ərazisinə daxil olması üçün tədbirlərin görülməsi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi