​Zaqatalada “Kütləvi çıxarış” kampaniyası keçirilib

​Zaqatalada “Kütləvi çıxarış” kampaniyası keçirilib Kampaniyada 100-ə yaxın rayon sakininə xidmət göstərilib
İnfrastruktur
6 May , 2016 18:13
​Zaqatalada “Kütləvi çıxarış” kampaniyası keçirilib

Bakı. 6 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Zaqatalada “Kütləvi çıxarış” kampaniyası keçirib. 

Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, kampaniyada 100-ə yaxın rayon sakininə xidmət göstərilib. Bu kampaniyaların əsas məqsədi əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır.

Komitənin mobil ofisləri vasitəsilə Zaqatala rayonunun bir neçə kəndində bilavasitə sakinlərin yaşadığı ünvanlarda ilkin çıxarışlar təqdim olunub və hüquqmüəyyənedici sənədlər qəbul edilib. Çıxarış və plan-ölçülər vətəndaşlara məxsus fərdi həyət evləri, vaxtilə onlara ayrılmış pay torpaqları və ya bələdiyyə, icra hakimiyyəti tərəfindən verilən torpaqlar üzərində mülkiyyət hüququnun qeydiyyatı barədə olub.

Məlumat üçün qeyd edək ki, “Kütləvi çıxarış” kampaniyası bu günədək Azərbaycanın 30-a yaxın şəhər və rayonunda təşkil edilib. Kampaniyada ümumilikdə 7 000 mindən çox vətəndaş iştirak edib.

Son xəbərlər

Orphus sistemi