Bakı. 9 oktyabr. REPORT.AZ/ "Azəravtoyol” ASC bu gün və sabah saat 11:00-dan saat 18:00-a qədər Bakının Xəzər rayonunun Zağulba qəsəbəsində yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri həyata keçirəcək.
“Report” qurumun açıqlamasına istinadən xəbər verir ki, bununla əlaqədar həmin ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən mədudlaşdırılacaq, yəni yol bağlanmayacaq.