Yuxarı
    Bağlamaq

    Yusif Səfərov küçəsində 12 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib - VİDEO

    Ümumilikdə, küçənin 25 min kv. metrdən çox sahəsinin asfaltlanması nəzərdə tutulub© Azeravtoyol.gov.az

    Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda asfalt-beton örtüyünün döşənməsi işləri Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1 250 metrlik hissəsində aparılır. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, ümumilikdə küçənin 25 min kv. metrdən çox sahəsinin asfaltlanması nəzərdə tutulub. 

    "Hazırda asflatlanma işləri yüksək sürətlə davam etdirilir. Artıq yolun 12 min kv. m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Yol geyimin salınması işləri tamamilə bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq. Sözügedən küçədə hərəkətin intensivliyini nəzərə alınaraq “Azəravtoyol” ASC işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb edib. Küçədə təmir işləri həftə sonuna qədər yekunlaşdırılacaq. Təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

    Xatırladaq ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1,2 km-lik hissəsi də təmir edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi