Yuxarı

Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazidə sıxlıq aradan qaldırılıb

Nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz çıxışı təmin edilib

Bakı. 29 mart. REPORT.AZ/ Bakıda daha bir yolda təmir işləri yekunlaşdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişdiyi hissədə genişləndirilmə işlərinin aparılması, o cümlədən Yusif Səfərov küçəsində dönmə əməliyyatı üçün yaradılan hissə Babək prospektindən Heydər Əliyev prospektinə, Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz çıxışını təmin edib.

"Həyata keçirilən bütün işlər həmin hissədə sıxlığın aradan qaldırılmasına xidmət edəcək", - məlumatda bildirilib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi