Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Təmir işləri iki gün davam edəcək
İnfrastruktur
24 Yanvar , 2015 12:22
Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı. 24 yanvar. REPORT.AZ /Moskva prospekti kənar yol, tuneldən sonra "20 Yanvar" dairəsi istiqamətində və Müzəffər Həsənov küçəsi ilə yuxarı qalxan yol asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq müvəqqəti bağlanıb. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata əsasən, təmir işləri iki gün davam edəcək və yol yanvarın 26-da yenidən istifadəyə veriləcək.

Sürücülərə alternativ olaraq Moskva prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur. 

Son xəbərlər

Orphus sistemi