Yevlax-Mingəçevir dəmir yolunda əsaslı təmirə başlanılıb

Yevlax-Mingəçevir dəmir yolunda əsaslı təmirə başlanılıb Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
12 Sentyabr , 2017 09:51
Yevlax-Mingəçevir dəmir yolunda əsaslı təmirə başlanılıb
Azeravtoyol.gov.az

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı-Böyük Kəsik istiqamətində 600 km-lik dəmir yolunun Yevlax-Mingəçevir mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.

Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumata görə, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayında başlanılıb və bu günə kimi 348 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi