Bakıda yeni piyada keçidi istifadəyə verilib - VİDEO

Bakıda yeni piyada keçidi istifadəyə verilib - VİDEO Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi nəzərə alınıb
İnfrastruktur
23 İyul , 2015 15:55
Bakıda yeni piyada keçidi istifadəyə verilib - VİDEO

Bakı. 23 iyul. REPORT.AZ/ Bakıda Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yeni yerüstü piyada keçidinin inşasına 2014-cü ilin oktyabr ayında start verilib.

Biraşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, o cümlədən giriş-cıxışlarda pilləkanların üzunluğu 2x23,77=47,54 metr, aşırımın mərkəzi dayaq oxları arasında məsafə 28,24 metr, daxili eni 3,4 metr, hündürlüyü isə 3 metrdir. Yol üzərindən hündürlüyü isə 6 metrdir. Yerüstü piyada keçidinin eyni tərəfə baxan iki ədəd giriş cıxışının hər birində vətəndaşların rahat hərəkəti üçün 2 komplekt olmaqla 4 ədəd eskalator quraşdırılıb.

Piyada keçidinin qapalı hissəsi və pilləkənlərin işıqlı olması üçün şüşə pəncərələr quraşdırılıb, pilləkən marşı və dəhliz hissəsi mərmər üzlük daşı ilə üzlənib, tavan və yan divarlar müxtəlif rəngli alkopanlarla üzlənib, müasir işıqlandırma sistemi qurulub.

Yeni piyada keçidində vətəndaşların təhükəsizliyi kameralar vasitəsilə 24 saat ərzində təmin olunur. Bunun üçün keçiddə 4 ədəd təhlükəsizlik kamerası quraşdırılıb və mühafizəçi otağı qurulub.

Son xəbərlər

Orphus sistemi