Yuxarı

​"Yeni Həyat" şirkəti bağlanıb - YENİLƏNİB

Kreditorlar iki ay ərzində tələblərini şirkətə təqdim etməlidir

İlk xəbər 18:05-də verilib

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycanın "Yeni Həyat" MMC ləğv olunduğunu elan edib. 

Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 ("Azure" yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər.

*** 20:04

Bu dəqiqələrdə “Yeni Həyat Şirkətlər Qrupu"nun İctimaiyyətlə əlaqələr şöbəsindən isə "Report"a verilən məlumata görə, bağlanan “Yeni Həyat “ MMC-nin “Yeni Həyat Şirkətlər Qrupu”na heç bir aidiyyəti yoxdur.

“Yeni Həyat“ MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-ni ad oxşarlığından başqa hər hansı hüquqi və faktiki əsaslar bağlamır. Belə ki, “Yeni Həyat Şirkətlər Qrupu” MMC hazırda Azərbaycanın tikinti sektorunda önəmli və qabaqcıl yerlərdən birini tutur və öz fəaliyyətini uğurla davam etdirir", - məlumatda bildirilir.

Qeyd edək ki, "Yeni Həyat" MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanı eynidir (Nobel prospekti,15, "Azure" kompleksi).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi