Yuxarı

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub

Azərbaycan prezidenti mərasimdə çıxış edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. “Report” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxıb. Azərbaycan prezidenti mərasimdə çıxış edib.

Sonra nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış ediblər.

Daha sonra dövlət başçısı İlham Əliyev terminalı işə salıb. Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi