Yuxarı

​Yekaterinburqdan Bakıya uçuşların sayı artırılır

Ekspertlər Azərbaycana marağın artacağını proqnozlaşdırırlar

Bakı. 16 aprel. REPORT.AZ/ Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Bakıya uçuşların sayını artırmaq qərarına gəlib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, turizm sahəsində çalışan ekspertlər bu il Azərbaycana marağın artacağını proqnozlaşdırırlar.

Azərbaycan paytaxtına reyslərin artırılacağı barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aviadaşıyıcı indi hər iki istiqamətdə həftədə iki dəfə uçacaq. Mətbuat xidmətindən bildirilib ki, şirkət həm turistlərə, həm də işgüzar səfərlər edən sərnişinlərə ümid edir.

Ural Turizm Assosiasiyasının icraçı direktoru Mixail Maltsev əvvəllər bildirib ki, Özbəkistan, Azərbaycan və Belarus kimi turizm istiqamətlərində artım proqnozlaşdırılır. Maltsev qeyd edib ki, digər xarici istiqamətlər təhlükə doğurur: onlar üzrə azalma müşahidə olunacaq və ola bilsin ki, əhəmiyyətli dərəcədə.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi