​Yekaterinburqdan Bakıya uçuşların sayı artırılır

​Yekaterinburqdan Bakıya uçuşların sayı artırılır Ekspertlər Azərbaycana marağın artacağını proqnozlaşdırırlar
İnfrastruktur
16 Aprel , 2015 08:26
​Yekaterinburqdan Bakıya uçuşların sayı artırılır

Bakı. 16 aprel. REPORT.AZ/ Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Bakıya uçuşların sayını artırmaq qərarına gəlib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, turizm sahəsində çalışan ekspertlər bu il Azərbaycana marağın artacağını proqnozlaşdırırlar.

Azərbaycan paytaxtına reyslərin artırılacağı barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aviadaşıyıcı indi hər iki istiqamətdə həftədə iki dəfə uçacaq. Mətbuat xidmətindən bildirilib ki, şirkət həm turistlərə, həm də işgüzar səfərlər edən sərnişinlərə ümid edir.

Ural Turizm Assosiasiyasının icraçı direktoru Mixail Maltsev əvvəllər bildirib ki, Özbəkistan, Azərbaycan və Belarus kimi turizm istiqamətlərində artım proqnozlaşdırılır. Maltsev qeyd edib ki, digər xarici istiqamətlər təhlükə doğurur: onlar üzrə azalma müşahidə olunacaq və ola bilsin ki, əhəmiyyətli dərəcədə.

Son xəbərlər

Orphus sistemi