Rusiyanın Yekaterinburq şəhərinin “Koltsovo” hava limanından Bakıya uçuşların sayı artırılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı “Koltsovo” hava limanı yayıb.
Məlumata görə, sözügedən hava limanı yaz-yay cədvəlinə keçib: “Belə ki, bu cədvəl oktyabrın sonuna qədər davam edəcək”.
Qeyd edilib ki, yeni mövsümdə Yekaterinburqdan Gürcüstana və Azərbaycana uçuşların sayı artıb.
Rusiyanın “Ural Hava Yolları” şirkəti Yekaterinburq-Bakı istiqamətində uçuşları həyata keçirir.
“Koltsovo” aeroportunun məlumatına görə, Azərbaycanın paytaxtı Ural sakinləri arasında ən populyar turizm istiqamətlərindəndir. 2018-ci ildə bu istiqamətdə 24 min nəfər uçub.