Yuxarı
    Bağlamaq

    Yaxın vaxtlarda Bakıya 150 ədəd yeni avtobus gətiriləcək

    Xaliq Faiqoğlu şirkəti vətəndaşlar üçün Qaynar xətt istifadəyə verib

    Bakı. 25 fevral. REPORT.AZ/ Şəhər nəqliyyatı, xüsusilə sərnişindaşıma sahəsində vətəndaşlara uzun illərdir xidmət göstərən “Xaliq Faiqoğlu” şirkəti korporativ sosial məsuliyyət proqramı çərçivəsində xidmət keyfiyyətinin artırılması, vətəndaş-sürücü münasibətlərinin təkmilləşdirilməsi, həmçinin avtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət olunmasını təmin etmək məqsədilə vətəndaşlar üçün “Qaynar xətt” istifadəyə verib. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən 300-dən artıq marşrut avtobuslarının daxilində sərnişinlər üçün, xaricində isə yol hərəkəti iştirakçıları üçün xüsusi elanlar vurulub.  Bu barədə "Report"a şirkətdən məlumat verilib. 

    Vətəndaşların nəzərinə çatdırılır ki, əgər sərnişinlər şirkətə məxsus olan avtobuslarda hər hansı qayda pozuntusu, təhlükəli idarəetmə və yüksək sürət həddi, sərnişinlərlə kobud rəftar, mobil telefondan istifadə və ya digər xoşagəlməz hallarla rast gəldikləri təqdirdə (012) 430 85 85 və (055) 544 64 05 nömrəli “Qaynar xətt”ə müraciət edə bilərlər. Avtobusların dayancaqdan kənar saxlanılması hallarının qarşısını almaq məqsədilə şirkət rəhbərliyi sərnişinlərdən anlayış göstərmələrini xahiş edir.

    Qeyd edək ki, 2004-cü ildən Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkət istismarında olan 300-dən artıq avtonəqliyyat vasitəsi ilə 16, 18, 20, 37, 52, 61, 65, 79, 85, 96, 114, 119, 203, 135, 199 saylı marşrut xətləri üzrə vətəndaşlara xidmət göstərir. 2014-cü ildə "Avro 5" standartlı "İsuzu Citibas" markalı avtobuslar Bakı şəhərinə ilk dəfə “Xaliq Faiqoğlu” şirkəti tərəfindən gətirilib. Yaxın vaxtlarda daha 150 ədəd müasir avtobusların gətirilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi