Yaxın 4 ildə Azərbaycanda logistika və ticarət sahəsində 19 minə yaxın yeni iş yeri açılacaq

Yaxın 4 ildə Azərbaycanda logistika və ticarət sahəsində 19 minə yaxın yeni iş yeri açılacaq Bu barədə Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir
İnfrastruktur
30 Dekabr , 2016 14:56
Yaxın 4 ildə Azərbaycanda logistika və ticarət sahəsində 19 minə yaxın yeni iş yeri açılacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ 2020-ci ilə qədər Azərbaycanda logistika və ticarət üzrə real ümumi daxili məhsulun 605 mln. manat artacağı, bu sahədə 18 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. “Report” xəbər verir ki, bu barədə Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.

Sənədə əsasən, bunun üçün nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə cəmi 3,16 mlrd. manat investisiya qoyuluşu lazımdır. 

Qeyd edək ki, Strateji Yol Xəritəsi çərçivəsində Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsi, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi, Bakının regional əhəmiyyətli ticarət qovşağına çevrilməsi, Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılması, logistika sahəsində özəl sektorun iştirak səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi