Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır

Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq
İnfrastruktur
18 Aprel , 2017 10:45
Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır

Bakı. 18 aprel. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Mikayıl Müşfiq küçəsində müvafiq işlər aparılır.

“Azəravtoyol”un Mətbuat Katibliyindən "Report"a bildirilib ki, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi