Yuxarı
    Bağlamaq

    Yardımlıda iki kəndin yolu təmir olunub

    Rayonun Çay üzü və Perimbel kəndlərinə gedən avtomobil yolları yeni görkəm alıb

    Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanın Yardımlı rayonunda iki kəndin yolu təmir olunub. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, təmir-tikinti işləri 1,1 km uzunluğunda olan Çay üzü və 2,3 km-lik Perimbel kəndlərinə gedən avtomobil yollarında aparılıb.

    Hər iki kəndə aparan yollar 46 km uzunluğunda olan yerli əhəmiyyətli Yardımlı-Deman-Avana avtomobil yolundan ayrılır. Çay üzü kəndinə gedən yol sözügedən avtomobil yolunun 4,2-ci km, Perimbel yolu isə 10-cu km-dən ayrılır.

    İşlər çərçivəsində Çay üzü kəndinə gedən avtomobil yoluna 9 metr enində 9 900 kv. metr sahəyə çınqıl əsası tökülüb, kipləşdirilib. Daha sonra sözügedən yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, yolun 6600 kv. m sahəsi 6 m enində asfaltlanıb. Bundan başqa, hər bir istiqamət üzrə 1,5 m enində olan çiyinlər qum-çınqıl qarışığından yenidən düzəldilib. Bu işlər 3 300 kv. m sahəni əhatə edib.

    Analoji işlər Perimbel kəndinə gedən yolda da aparılıb. Belə ki, yolun 16 100 kv. m sahəsinə 7 m enində çınqıl əsası tökülərək, kipləşdirilib və asfaltlanma işləri aparılıb. Yolun 10 350 kv.m sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənib. Hər iki istiqamət üzrə 6 900 kv. m sahədə 1,5 m enində çiyinlərin yenidən düzəldilməsi işləri də aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi