Yuxarı

Yanvarın 20-də lokomotivlər həyəcan fiti verəcək

Həmin gün saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları" QSC-də Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına əsasən, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir. Bu barədə "Report" şirkətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Həmçinin, yanvarın 20-də saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcək. Bundan başqa, həmin gün “Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi