Yanaşı obyekt tikintisi zamanı iki paralel və qapalı divar, yaxud ortaq divardan istifadəyə icazə veriləcək

Yanaşı obyekt tikintisi zamanı iki paralel və qapalı divar, yaxud ortaq divardan istifadəyə icazə veriləcək Bunu layihəçilərin təklifi nəzərə alınmaqla həyata keçirmək mümkün olacaq
İnfrastruktur
22 Oktyabr , 2017 05:37
Yanaşı obyekt tikintisi zamanı iki paralel və qapalı divar, yaxud ortaq divardan istifadəyə icazə veriləcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Torpaqlardan səmərəli istifadə məqsədi ilə tikinti obyektinin layihələndirilməsi zamanı layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşdırılma əsasında yanaşı sərhəddə obyektlərin tikintisi zamanı iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divardan istifadəyə icazə veriləcək.

“Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a dəyişikliklər edib.

Həmçinin dəyişikliyə əsasən, "Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar"ın 14-cü hissəsinin üçüncü cümləsi çıxardılıb və ona aşağıdakı cümlə əlavə olunub:

“Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir”.

Son xəbərlər

Orphus sistemi