Xüsusi Təyinatlı İdarə Lerikdə qaya parçasını partladıb

Xüsusi Təyinatlı İdarə Lerikdə qaya parçasını partladıb Avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib
İnfrastruktur
3 Noyabr , 2016 17:35
Xüsusi Təyinatlı İdarə Lerikdə qaya parçasını partladıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bir neçə gün əvvəl Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, nəticədə, yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

Əraziyə ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunaraq yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub.

Yolun bir hissəsinə isə böyük qaya parçası düşdüyündən texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb. Bu səbəbdən də qaya parçasının partladılaraq kənarlaşdırılması barədə qərar qəbul olunub.

Bu gün qaya parçası “Azəravtoyol”un Xüsusi Təyinatlı İdarəsi tərəfindən partladıldıqdan sonra yolun tam olaraq təmizlənməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi