Sahilboyu xüsusi əhəmiyyətli dövlət obyektlərinin siyahısı təsdiq edilib

Sahilboyu xüsusi əhəmiyyətli dövlət obyektlərinin siyahısı təsdiq edilib Nazirlər Kabineti bu barədə qərar qəbul edib
İnfrastruktur
22 Sentyabr , 2016 01:37
Sahilboyu xüsusi əhəmiyyətli dövlət obyektlərinin siyahısı təsdiq edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə sənəd Baş nazir Artur-Rasizadə tərəfindən imzalanıb.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin

SİYAHISI

1.Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri).

2. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu.

3. Su təchizatı sistemləri.

4.Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu).

5. Müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri, xüsusi təyinatlı təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları, Silahlı qüvvələrin döyüş mövqeləri, idarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular.

6. Döyüş sursatlarının, partlayıcı, radioaktiv, kimyəvi, bakterioloji və zəhərli maddələrin istehsalı və saxlanılması müəssisələri.

7. Dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edən obyektlər.

8. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları.

9. Gəmilər üçün yanalma körpüləri.

10. Mayaklar.

11. Bakı Gəmiqayırma Zavodu.

12. Gəmi təmiri zavodları.

13. Sumqayıt çirkab sutəmizləyici qurğusu (mövcud).

14. Lökbatan çirkab sutəmizləyici qurğusu (mövcud).

15. Bayıl Qəsri.

16. Əl Oyunları Stadionu.

17. Bakı Dəniz Vağzalının binası.

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Son xəbərlər

Orphus sistemi