Yuxarı
    Bağlamaq

    ​Xocahəsən yolunda hərəkət məhdudlaşdırılır

    Məlumatda deyilir ki, təmir işləri asfalt-beton örtüyünün dağılmış hissələrinin bərpa işlərini əhatə edir

    Bakı. 18 may. REPORT.AZ/ Bu gündən etibarən Xocahəsən avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. “Report”un “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, hərəkətin məhdudlaşdırılması aparılan cari təmir işləri ilə əlaqədardır.

    Məlumatda deyilir ki, təmir işləri asfalt-beton örtüyünün dağılmış hissələrinin bərpasını əhatə edir.

    Sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi