​Xızıda “Kütləvi çıxarış” kampaniyası keçirilib

​Xızıda “Kütləvi çıxarış” kampaniyası keçirilib Bu il elektron xidmətlər vasitəsilə vətəndaşlardan 79 mindən çox müraciət daxil olub və təmin edilib
İnfrastruktur
5 Avqust , 2016 18:55
​Xızıda “Kütləvi çıxarış” kampaniyası keçirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Xızının Yeni Yaşma kəndində “Kütləvi çıxarış” kampaniyası keçirib.

“Report”a Komitənin mətbuat xidmətindən bildirilib ki, kampaniya çərçivəsində kənddə 295 ailəyə ayrılan, faktiki və sənəd uyğunsuzluğu səbəbindən çıxarış verilməsi mümkün olmayan həyətyanı torpaq sahələri sənədləşdirilib.

Komitə belə torpaq sahələrinin sərhədlərini dəqiqləşdirilib, müvafiq yerquruluşu, inventarlaşdırma və kadastr işləri aparıb. Bununla da, faktiki və sənəd uyğunsuzluqları aradan qalxıb və əmlak hüquqlarının qeydiyyatı hüquqi cəhətdən mümkün vəziyyətə gəlib.

Kampaniya çərçivəsində ilkin mərhələdə kəndin 100-ə yaxın sakininə onların mülkiyyyətinə dair hazır çıxarışların verilməsi ilə kəndin bütün sakinlərinin torpaqlarının tamamilə sənədləşdirilməsinə başlanıb. Kəndin digər sakinlərindən isə çıxarışla əvəz olunması üçün ilkin hüquqi sənədlər qəbul edilib. Bu tədbirlərin yekunlaşması ilə Yeni Yaşma kəndindəki bütün torpaqların sənədləşdirilməsi işi bitmiş olacaq.

Qeyd edək ki, bu ilin ötən 6 ayında elektron xidmətlər vasitəsilə vətəndaşlardan 79 mindən çox müraciət daxil olub və təmin edilib.

Son xəbərlər

Orphus sistemi