Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb ​Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
16 Noyabr , 2017 17:48
Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev noyabrın 16-da “Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi