XİN rəhbəri: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı Bakı şəhərində olacaq”

XİN rəhbəri: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı Bakı şəhərində olacaq” "Bu beynəlxalq layihənin açılışında bir sıra dövlətlərin nümayəndə heyətləri də iştirak edəcək"
İnfrastruktur
8 Oktyabr , 2017 11:41
XİN rəhbəri: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı Bakı şəhərində olacaq”

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ “Bakı-Tbilisi-Qarsa dəmir yolunun rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib.

O deyib ki, bu beynəlxalq layihənin açılışında bir sıra dövlətlərin nümayəndə heyətləri də iştirak edəcək.

E.Məmmədyarov gürcü həmkarını bu tədbirə dəvət edib.

Son xəbərlər

Orphus sistemi