Xəzərin dibindən batmış gəmi hissələri çıxarılıb

Xəzərin dibindən batmış gəmi hissələri çıxarılıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.
İnfrastruktur
10 Aprel , 2019 15:00
Xəzərin dibindən batmış gəmi hissələri çıxarılıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, Ağ şəhər bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən, ümumilikdə, 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb.

Korpuslar müvafiq olaraq 180, 200, 65 ton olub. Batmış hissələri əvvəlcə dalğıclar kəndirlə bağlayıb, daha sonra kran gəmisinin köməkliyi ilə onlar “Barja-701” barjının göyərtəsinə qoyulub. Yedək gəmiləri ilə barjdakı gəmi hissələri sahilə çatdırılaraq metal qırıntısı kimi təhvil verilib.

Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının “Qurban Abasov”, “Socar-1”, “Barja-701”, “Hövsan-5”, “Abşeronskaya-6”, “SPK-47/25”, “Hövsan-2” kimi gəmilər və barjı cəlb edilib.

Son xəbərlər

Orphus sistemi