Yuxarı
    Bağlamaq

    Xəzərdə "PSK-38" sərnişin gəmisi istifadəyə verilib

    Gəminin təmiri başa çatıb

    Bakı. 15 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “PSK-38” sərnişin gəmisi tərsanə təmirindən çıxıb. Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, gəminin sualtı hissəsi, mühərriklərin soyutma sistemləri təmir olunub. Eyni zamanda, gəminin val və sükan qurğusu, gövdə hissələrinin qalınlığı yoxlanılıb.

    Gəmiçiliyin Bibiheybət Gəmi Təmir Zavodunda aparılan təmir işləri başa çatandan sonra Rusiya Dəniz Gəmiçiliyi Registrinin nümayəndələri tərəfindən 54 sərnişin tutumuna malik gəmi registr yoxlanışından keçirilib və daha bir il istismarına icazə verilib.

    150 at gücünə malik mühərriklə təchiz olunması isə uzunluğu 29, eni 6.5 metr olan sərnişin gəmisinə sürətini 10 uzelə qədər artırmağa imkan verir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi