Xəzər dənizində gəmilərin yoxlanması prinsipi dəyişəcək

Xəzər dənizində gəmilərin yoxlanması prinsipi dəyişəcək Unifikasiya edilmiş yanaşma dəniz gəmilərinin texniki təhlükəsizliyini artırmağa və yoxlamaların sayını azaltmağa imkan verəcək
İnfrastruktur
9 Yanvar , 2018 11:23
Xəzər dənizində gəmilərin yoxlanması prinsipi dəyişəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Xəzəryanı dövlətlər Qara və Aralıq dənizləri ilə eynilik üzrə limanlarda gəmilərin vahid dövlət nəzarəti rejiminin tətbiqi barədə qərar qəbul edib.

"Report" Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzəryanı ölkələrin müvafiq qurumları tərəfindən liman nəzarətinin həyata keçirilməsi qaydası ilə bağlı müddəaların razılaşdırılması üzrə işlər aparılır.

Unifikasiya edilmiş yanaşma regionda dəniz gəmilərinin texniki təhlükəsizliyini artırmağa, dəniz qəzalarının sayını minimuma endirməyə, həyat təhlükəsizliyini, gəmilərin ekipaj üzvlərinin və sərnişinlərin sağlamlığını yüksəltməyə, nəqliyyat vasitələrinin və yüklərin qorunub saxlanılmasına imkan verəcək.

Eyni zamanda, yaxşı texniki vəziyyətdə olan gəmilərin yoxlanma sayı azalacaq və nəqliyyat vasitələrinin yoxlanması üçün resurslardan istifadənin effektivliyi artacaq.

Qeyd edək ki, hazırda Xəzər dənizində, təqribən, 1600 dəniz gəmisindən istifadə olunur.

Son xəbərlər

Orphus sistemi