Yuxarı
    Bağlamaq

    Xəzər Dəniz Neft Donanmasının yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqalarının məşqi keçirilib

    “Orion-18” xüsusi xidmət və “Orion-17” yedək gəmiləri cəlb edilib

    Bakı. 30 may. REPORT.AZ/ Xəzər Dəniz Neft Donanmasının yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqalarının məşqi keçirilib.

    "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən “Report”a verilən məlumata görə, təlim məşqə donanmanın yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı qüvvələri olan “Orion-18” xüsusi xidmət və “Orion-17” yedək gəmiləri cəlb edilib.

    Əməli məşqin məqsədi Dənizkənarı Fövqəladə vəziyyət rayonunda Donanmanın yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqalarının fəaliyyətə hazırlığın yoxlanılması və fövqəladə vəziyyət dövründə komandir – rəis heyətinin mülki müdafiə qüvvələrinin idarə edilməsində əldə etdiyi praktiki nailiyyətlərin təkmilləşdirilməsidir.

    Təlim zamanı Xəzər Dəniz Neft Donanmasının yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqası olan “Orion-18” xüsusi xidmət gəmisinin şəxsi heyəti fərdi mühafizə vasitələri, ordu kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ilə təchiz edilib.

    Əməli məşq MM dəniz kəşfiyyat qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq edilərək toplanması ilə başlayıb və ardıcıl olaraq “Limanda dayanarkən gəminin yaşamaq qabiliyyəti uğrunda mübarizə”, “Gəmidən suya düşən insanın xilas edilməsi”, “Dənizdə keçid zamanı və zəhərlənmə oçağında radiasiya və kimyəvi kəşfiyyatın aparılması” və “Gəmidə qismən kimyəvi təmizləmə və dezaktivasiyasının aparılması” siqnalları üzrə davam etdirilib.

    “Nəticə olaraq, Xəzər Dəniz Neft Donanmasının yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqası “Orion-18” xüsusi xidmət gəmisinin şəxsi heyətinin düzgün qərar qəbul etmək bacarığına, kimyəvi kəşfiyyat və dozametrik nəzarət cihazından düzgün istifadə qaydalarına, onlara təhkim olunmuş ərazilərdə radioaktiv şüalanmanın, kimyəvi zəhərlənmənin aşkar edilməsi və nəticələrin aradan qaldırılması üzrə əlavə qüvvələrin cəlb edilməsinə, dənizdə və sahilyanı ərazilərdə mühəndis kəşfiyyatının təşkilinə, eləcədə baş verə biləcək fövqəladə halların qarşısının alınmasına və nəticələrin aradan qaldırılmasına hazır olduğu müəyyənləşib”,-məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi