Xəzər Dəniz Gəmiçiliyində Rusiya şirkətləri ilə görüş keçirilib

Xəzər Dəniz Gəmiçiliyində Rusiya şirkətləri ilə görüş keçirilib Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyası, “Qazprombank” Səhmdar Cəmiyyəti” və Rusiya İxrac Mərkəzinin nümayəndələri arasında işgüzar görüş keçirilib.
İnfrastruktur
25 Dekabr , 2017 19:12
Xəzər Dəniz Gəmiçiliyində Rusiya şirkətləri ilə görüş keçirilib

Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyası, “Qazprombank” Səhmdar Cəmiyyəti” və Rusiya İxrac Mərkəzinin nümayəndələri arasında işgüzar görüş keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, görüş zamanı qonaqlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC haqqında ətraflı məlumat verilib. Gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub. Bildirilib ki, AXDG donanmaları müxtəlifliyinə və çoxfunksionallığına görə dünyada unikaldır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və rusiyalı qonaqlar əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. İşgüzar əlaqələrin perspektivlərini müzakirə ediblər.

Tədbirdə “Krasnoye Sormovo” zavodunda reallaşdırılan son layihələrin təqdimatı da olub. Zavodda hazırda tikilən və inşa edilə biləcək müasir tipli gəmilər, eləcə də “Krasnoye Sormovo” zavodunun daxil olduğu Birləşmiş Gəmiqayırma Korporasiyası haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 2007-ci ildə yaradılan Korporasiya özündə gəmiqayırma sahəsində 40 müxtəlif təyinatlı müəssisə və zavodu birləşdirir.

Birləşmiş Gəmiqayırma Korporasiyasının vacib strukturlarından olan “Krasnoye Sormovo” zavodunun Azərbaycanla dərin tarixi əlaqələrindən danışan qonaqlar bildiriblər ki, bu zavod hələ 19-cu əsrdə Azərbaycan üçün gəmilər tikirdi. 1971-ci ildən zavodda Azərbaycan gəmiçiliyi üçün maye və quru yüklər daşıyan 17 gəmi inşa edilib.

Görüşdə iştirak edən Rusiya İxrac Mərkəzi və “Qazprombank” SC-nin nümayəndələri təmsil etdikləri qurumlar haqqında təqdimatla çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi