Bakının Xətai rayonunda su kəsiləcək

Bakının Xətai rayonunda su kəsiləcək ​Xətai rayonunun bəzi küçələrində bu gün su kəsiləcək
İnfrastruktur
24 Dekabr , 2018 11:18
Bakının Xətai rayonunda su kəsiləcək
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Bakının Xətai rayonunun bəzi hissələrinə içməli suyun verilməsi dayandırılacaq. 

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, rayonun ərazisində yeni çəkilmiş magistral su kəmərindən şəbəkələrə birləşmələrin verilməsi ilə əlaqədar gün ərzində Seyid Əzim Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, Məzahir Rüstəmov, Məhəmməd Hadi, Cavanşir küçələrində su olmayacaq. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

Son xəbərlər

Orphus sistemi