Xətai və Nizami rayonlarının bir hissəsində su olmayacaq

Xətai və Nizami rayonlarının bir hissəsində su olmayacaq Bakı. 24 iyul. REPORT.AZ/ Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə) gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
İnfrastruktur
24 İyul , 2018 09:21
Xətai və Nizami rayonlarının bir hissəsində su olmayacaq
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə) gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

A.Cəbrayıllının sözlərinə görə, məhdudiyyətlər Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi