​Xətai rayonunda abadlaşdırma işləri aparılıb - FOTO/VİDEO

​Xətai rayonunda abadlaşdırma işləri aparılıb - FOTO/VİDEO Qazaxıstan səfirliyinin binasının ətrafı yaşıllaşdırılıb
İnfrastruktur
28 Mart , 2016 13:13
​Xətai rayonunda abadlaşdırma işləri aparılıb - FOTO/VİDEO

Bakı. 28 mart. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində (Qazaxstan səfirliyinin ətrafı) abadlaşdırma və yaşıllaşdırma tədbirləri həyata keçirilib.

“Report” “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, “Azəravtoyol” tərəfindən keçirilən tədbirlər zamanı yol kənarında 750 kv. metr baxımsız ərazi kənar əşyalardan təmizlənib, vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkiləri tikilib, asfaltlanıb, bəzi yerlərdə isə səkilərə 200 kv. m bəzək daşı düzülüb.

Yaşıllıq zonalarının yaradılması məqsədi ilə piyada səkilərinin kənarlarında ümumilikdə 60 metr uzunluğunda divar tikilib. Divarın 120 kv. m sahəsi üzlük daşlarla üzlənib. Yaşıllıq zonalarına xüsusi gübrə verilmiş torpaq gətirilərək tökülüb və 44 ədəd həmişəyaşıl dekorativ ağac, eyni zamanda 620 kv. m sahəyə qazon otu əkilib.

Görülən işlər çərçivəsində sözügedən ərazinin 1 300 kv. m sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi