“Xətai” metrosunun təmirdə olan platforması istifadəyə verilib

“Xətai” metrosunun təmirdə olan platforması istifadəyə verilib Stansiyanın digər hissəsi isə təmirə bağlanıb
İnfrastruktur
23 Dekabr , 2016 08:56
“Xətai” metrosunun təmirdə olan platforması istifadəyə verilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı Metropoliteninin “Xətai” stansiyasının uzun müddət bağlı olan platforması sərnişinlərin istifadəsinə verilib.

"Report" xəbər verir ki, bu gündən etibarən həmin stansiyanın digər tuneli təmirə bağlanıb.

Qeyd edək ki, uzun müddətdir “Xətai” metrosunun bir hissəsi təmirə dayanmışdı. İndi orada əsaslı təmir işləri aparılıb və bu gündən etibarən sərnişinlər həmin tuneldən istifadə edirlər. Stansiyanın digər hissəsi isə təmirə bağlanıb.

Son xəbərlər

Orphus sistemi