"Xalqlar Dostluğu" stansiyasının keçidlərində təmirə başlanılıb

"Xalqlar Dostluğu" stansiyasının keçidlərində təmirə başlanılıb Keçidlərin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək
İnfrastruktur
10 Fevral , 2017 11:38
Xalqlar Dostluğu stansiyasının keçidlərində təmirə başlanılıb

Bakı. 10 fevral.REPORT.AZ/ Bakıda metronun "Xalqlar Dostluğu" stansiyasının hər iki keçidində təmir işlərinə başlanılıb.

Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"Ötən gündən etibarən metronun "Xalqlar Dostluğu" stansiyasının hər iki keçidində təmirə başlanılıb. Keçidin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək. Bundan başqa, keçiddəki bütün kommunikasiya xətləri də yenilənəcək", - deyə N.Paşayev əlavə edib.

Onun sözlərinə görə, təmir işlərinin aparıldığı hissələr bağlanıb, lakin sərnişinlərin giriş və çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Təmir işləri təxminən 2-3 ay davam edəcək. 

Son xəbərlər

Orphus sistemi