Yuxarı

Xaçmazın Ağyazı Buduq kəndinə gedən avtomobil yolu yenidən qurulub

Artıq yol kənd sakinlərinin istifadəsinə verilib

Bakı. 15 aprel. REPORT.AZ/ Xaçmaz rayonunun Ağyazı Buduq kəndinə gedən avtomobil yolu yenidən qurulub. "Report"un məlumatına görə, Ağyazı Buduq kəndində avtomobil yolunun tikintisindən sonra açılış mərasimi keçirilib, tədbirdə yol təsərrüfat orqanın rəhbərliyi, cəmiyyətin tabe qurumları və rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin yerli sakinlər iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların “Azəravtoyol”a çoxsaylı müraciətləri nəzərə alınaraq bir müddət bundan öncə 2,5 km-lik yolun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib.

Aparılan əsaslı yenidənqurma işləri çərçivəsində yeni yol yatağı və yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra avtomobil yoluna 7 metr enində 2 qat olmaqla, asfalt-beton örtüyü döşənib, çiyinlər bərkidilib. Ümumilikdə, 18 min kv. metr ərazinin asfaltlanması işləri həyata keçirilib. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 3 yerdə suötürücü borular qoyulub.

Tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Ağyazı Buduq kəndinə yeni avtomobil yolunun tikintisi ilə iki yaşayış məntəqəsinin 2 minə yaxın əhalisinin Quba-Xaçmaz avtomobil yoluna rahat çıxışı təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi