Xaçmazda yol tikintisinə 10,1 milyon manat ayrılıb

Xaçmazda yol tikintisinə 10,1 milyon manat ayrılıb Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolu 8 yaşayış məntəqəsini birləşdirir
İnfrastruktur
6 Yanvar , 2018 18:25
Xaçmazda yol tikintisinə 10,1 milyon manat ayrılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da “Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sözügedən avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolu səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.

Son xəbərlər

Orphus sistemi