Yuxarı

​Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yolları təmir edilir - FOTO/VİDEO

Hər iki yolda işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub

Bakı. 4 iyun. REPORT.AZ/ Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yolları təmir edilir.

"Azəravtoyol"dan "Report"a verilən məlumata görə, uzunluğu 24 km olan Xaçmaz-Xudat yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək ərazidən daşınır. Əvəzində hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min kvadratmetrdən çox ərazinin asfaltlanması nəzərdə tutulur. Eyni zamanda, yolun 1,3 km-lik hissəsində torpaq yatağının və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. əvəzində karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa, çiyinlər bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulacaq, mövcud boruların giriş-çıxışları təmizlənəcək.

Həmçinin, uzunluğu 21 km olan Xudat-Nabran yolunda da intensiv hərəkət nəticəsində dağılmış və qabarmış hissələr bərpa olunur. Hazırda yol boyu torpaq yatağı və yol əsası kipləşdirilir. Daha sonra həmin hissələrin asfaltlanması işləri həyata keçiriləcək.

Hər iki yolda işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi